Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ 2014-cü il üçün “Azərbaycanın Əfsanələr Paytaxtı” seçildi.

06 mart 2014 | 16:00

Qeyri-maddi mədəni irsimizin bərpası, qorunması, hərtərəfli inkişafı və təbliği məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş 2010-2014-ci illər üçün “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində Qəbələ 2014-cü il üzrə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan edilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə martın 4-də Bakı Muzey Mərkəzində keçirilən təqdimat mərasimində başçının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova və rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova da iştirak etmişlər.
Bununla əlaqədar il ərazində Qəbələdə nominasiyaya uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

Keçidlər