Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Dövlət Bayrağı Günü”-nə həsr edilmiş Şahmat üzrə rayon birinciliyi.

10 noyabr 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2009-2014-cü illərdə Azərbaycanda Şahmatın İnkişaf etdirilməsi Dövlət Proqramı” respublikamızda şahmat idman növünün inkişafına təkan vermişdir.
Dövlət Proqramın müvafiq bəndlərinin icrasının təmin edilməsi, Şahmat idman növünün inkişaf etdirilməsi, onun kütləviliyinin təmin olunması məqsədilə Qəbələ rayon Gənclər və İdman idarəsi tədbirlər planı hazırlamış və onun icrası mütəmadi olaraq nəzarətdə saxlanılır.
Bu məqsədlə idarənin “9 noyabr-Dövlət Bayrağı Günü”-nə həsr etdiyi kişilər arasında keçirilən şahmat üzrə rayon birinciliyi, yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, rayonun yığma komandasının tərkibini müəyyən etmək, həmçinin dövlət rəmzi olan bayraq haqqında ictimaiyyəti maarifləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov yarış iştirakçılarını salamlayaraq “9 noyabr-Dövlət Bayrağı Günü” ün yaranma tarixi haqqında geniş məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.
Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun olaraq dairəvi sistemlə keçirilmişdir. Rayon birinciliyində rayonun kənd, qəsəbə və müxtəlif kollektivlərindən olan şahmatçılar gərgin oyun nümayiş etdirmişlər. Birinciliyin nəticəsinə əsasən Vəndam qəsəbə sakini Araz Alməmmədov I yer, Zarağan kənd sakini Eldar Səfərov II yer və Qəbələ şəhər sakini Rəşad Kərimli III yeri tutmuşlar.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin xatirə hədiyyələri və diplomları təqdim edilmişdir.
 

Keçidlər