Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda yeniyetmələr arasında yunan-roma güləşi üzrə zona yarışı olmuşdur.

01 aprel 2014 | 06:00

Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan yunan-roman güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd respublikada yunan-roma güləşinin inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən səmərəli istifadə edilməsindən ibarətdir.
Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar şəxsi xarakter daşıyır. Zona birinciliyində respublikanın 12 şəhər və rayonundan 180-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparmışdır. Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində I, II və III yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanmışlar.

Keçidlər