Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xəmsə” Milli İntellektual Oyunu üzrə seçim mərhələsi.

05 aprel 2014 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına  uyğun olaraq rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında VII Azərbaycan Çempionatının Qəbələ rayon mərhələsi keçirilmişdir.
“Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların bilik və bacariqlarını artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsulların tətbiqindən ibarətdir.
Rayon mərhələsində 17-29 yaş arasında 80-dək yeniyetmə komanda şəklində öz bilik və bacarıqlarını sınamışlar. Yarışın yekununda Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I yer, “Hədəf” hazırlıq kursunun komandası II yer və Vəndam qəsəbə komandası III yerə çıxmışdır. Qalib komandalara Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər