Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi.

08 aprel 2014 | 15:00

Qəbələdə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq və rayon çempionunu aşkar etməkdən ibarətdir.
Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin komandaları iştirak etmişdir.
Rayon birinciliyində  Kiçik Əmili kənd tam orta məktəbin komandas I yeri, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası II yeri və Kiçik Pirəli kənd tam məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalara Gənclər və İdman idarəsinin  diplomları təqdim edilmişdir.

Keçidlər