Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu öndərin işıqlı xatirəsi yad edilmişdir.

10 aprel 2014 | 15:00

Qəbələ Rayon Ağsaqqallar Şurasında ümummilli lider Heydər Əliyevin yaxınlaşmaqda olan doğum günü ilə əlaqədar tədbir keçirilmişdir. Yığıncağı açan şuranın sədri Nazim Mustafayev ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, bu günkü ağsaqqalların Heydər Əliyevin müasirləri və onun Azərbaycana rəhbərlik etdiyi illərdə işləyən insanlar olduğunu qeyd edərək, bu dahi şəxsiyyətin hamıya örnək ola biləcək ömür yolu haqqında gənc nəslə daha çox bilik verə biləcəklərini vurğulamışdır. Şıxış edən tədbir iştirakçıları Heydər Əliyev haqqında öz təəssüratlarını danışmış, onun müstəqil Azərbaycanın yaradılması və möhkəmləndirilməsi sahəsində göstərdiyi misilsiz xidmətlərin gənc nəslə çatdırılması istiqamətində təbliğat işlərinin həyata keçirilməsinə borclu olduğunu bildirmişlər.

Keçidlər