Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində “Tour d’Azerbaidjan-2014” Beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilmişdir.

18 aprel 2014 | 07:00

Qafqaz Riverside Hotel”in konfrans zalında təşkil olunan iclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı rayon icra hakimiyyətlərinin məsul şəxsləri, həmin rayonların polis şöbələrinin, yol istismar idarələrinin, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin, Nəqliyyat Nazirliyinin əməkdaşları eləcə də  “Tour d’Azerbaidjan-2014” Beynəlxalq velosiped yürüşünün 2, 3 və 4-cü marşrutlarının keçəcəyi rayonlardakı inzibati ərazilərin nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. İclasda çıxış edən “Tour d’Azerbaidjan-2014” veloyürüşünün Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014” Beynəlxalq Velosiped Turu barədə ətraflı məlumat vermişdir.Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan “Tour d’Azerbaidjan-2014” Beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasyası tərəfindən təşkil olunur.Diqqətə çatdırılmışdır ki, Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 kilometrə yaxındır.Qeyd edilmişdir  ki,  may ayının 7-dən 11-dək təşkil olunacaq “Tour d’Azerbaidjan-2014” yürüşünə dünyanın müxtəlif ölkələrindən qatılan 25 komandanın hər birinin heyətində 6 velosipedçi olmaqla 150 velosipedçi yarışda öz bacarıqlarını sınayacaqdır.Natiq çıxışında yürüşün daha möhtəşəm olacağına inandığını söyləyərək, bu turun yaxın gələcəkdə dünya velosiped idmanının ulduzlarına çevriləcək gənc velosipedçilər üçün əlverişli şans olduğunu, həmçinin ölkəmizin gözəlliyini və inkişafını hamıya göstərməyə imkan yaratdığını vurğulamışdır.Qeyd olunmuşdur  ki, veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Turkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox iştirakçının gəlişi gözlənilir. Veloturda“Synergy Baku Cycling Project” komandası da iştirak edəcəkdir. Komandalar arasında 8 professional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda vardır.Məlumat verilmişdir ki, “Tour d’Azerbaidjan-2014”velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən “Eurosport” televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. “Eurosport” televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələni isə 1.5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlayacaqdır.Sonda “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun təşkilati işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılmış, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilmiş və mövcud çatışmazlıqların aradan qaldırılmasına dair tapşırıqlar verilmişdir.

Keçidlər