Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş atletika üzrə rayon çempionatı keçirilmişdir.

26 aprel 2014 | 15:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zarağan kənd 2 saylı tam orta məktəbində oğlanlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş atletika üzrə rayon çempionatı keçrilmişdir.
Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyev tərəfindən  Azərbaycanda dövlətçiliyin qorunub saxlanılması, inkişaf etdirilməsi, sülhün və sabitliyin bərqərar olması istiqamətində görülmüş işlərin gənc nəslə çatdırılması, həmçinin atletika idman növünün geniş yayılması, bu idman növü üzrə ustalığın artırılması və təkmilləşdirilməsinin təmin edilməsi, eləcə də rayonun yığma komandasının tərkibinin dəqiqləşdirilməsindən ibarətdir.
Yarışda rayonun ümumtəhsil məktəblərinin 30 komandası iştirak etmişdir.
Yekunda qalib idmançılara gənclər və idman idarəsinin  diplomları təqdim olunmuşdur.

Keçidlər