Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “İKT sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması” mövzunda təlim olmuşdur.

29 aprel 2014 | 04:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsi” İctimai Birliyinin layihəsinə uyğun olaraq  rayonda gənclərin kompüter sahəsində bilik səviyyəsinin artırılması, İKT labaratoriyalarının və interaktiv tədris kurslarının yaradılması istiqamətində təlim keçirilmişdir.
“İKT İnkubatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və labaratoriyaların yaradılması” adı altında keçirilən pilot layihənin məşğələsində yaşı 17-29 arasında olan 20 nəfər  iştirak etmişdir.
Təlimin məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq,  onların kütləvi olaraq informasiya kommunikasiya texnologiyalarından düzgün istifadəyə yönləndirilməsi,  İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və bu sahədə yeni labaratoriyaların yaradılması olmuşdur. 
Təlim zamanı mövzu ətrafında gəncləri maraqlandıran suallara ətraflı cavablar verilmiş, video çarxlar nümayiş olunmuş, onlara kompüterlərin proqram diskləri, broşürlər və digər əyani vəsaitlər paylanılmışdır.

Keçidlər