Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP Qəbələ Rayon Təşkilatı Qadınlar Şurasının konfransı keçirilmişdir.

02 may 2014 | 15:00

Mayın 1-də YAP rayon təşkilatı qadınlar şurasının növbəti konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, sonra təşkilatın iclas zalında konfrans öz işini davam etdirmişdir.
Konfransı giriş sözü ilə təşkilat sədrinin müavini Elçin Tağıyev açmışdır. Daha sonra qadınlar şurasının sədri Arifə Bayramova hesabat məruzəsi etmişdir. Məruzədə rayonun ictimai həyatında qadınların rolu və bu istiqamətdə əldə olunan uğurlar geniş təhlil olunmuşdur.
Məruzə ətrafında müalicə-diaqnostika mərkəzinin həkimi Şəhla Məlikova, mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva, şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Namətova, Hacıalılı kənd klubunun müdiri Afət Əliyeva çıxış edərək qadınların ölkənin və rayonun ictimai-siyasi həyatındakı rolundan, onlara dövlət tərəfindən göstərilən qayğıdan danışmışlar.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək qadınların cəmiyyətdəki rolundan ətraflı danışmış, onlara dəyərli tövsiyələr vermişdir.
Yekunda YAP rayon təşkilatı qadınlar şurasının üzvlərindən Şəhla Məlikova, Arifə Bayramova və Nargilə Qafarova yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika Konfransına nümayəndə seçilmişlər.

Keçidlər