Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Mədəniyyət Mərkəzində inzibati binaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.

09 may 2014 | 03:00

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Dövlət Yanğın Nəzarət İşinin Təşkili Şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynov çıxış edərək idarə, müəssisə və təşkilatlarda baş verən  yanğınların statistikası barədə məlumat vermişdir.  Sonra Qəbələ Rayon Mədəniyyət  və Turizm şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək maarifləndirmə tədbiri  ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşlarına mədəniyyət işçiləri adından təşəkkürünü bildirmişdir.
Yekunda tədbir iştirakçılarına “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası paylanılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı  təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev və DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov iştirak etmişlər.

Keçidlər