Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“44 günlük - Şanlı Zəfər”  adlı tədbir keçirilib

04 noyabr 2022 | 18:13

04.11.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə ” 44 günlük- Şanlı Zəfər” adlı tədbir  keçirilib. Tədbirdə  Qəbələ  UADM-nin əməkdaşları ilə yanaşı şəhid ailələri, qazilər,  Qəbələ Qızıl Aypara Cəmiyyətinin, tarix diyarşünaslıq muzeyinin, Qəbələ Dini İcmanın nümayəndələri və 1 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının  Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə  44 günlük Vətən müharibəsində  ordumuzun döyüş meydanında göstərdiyi şücaətlərdən danışılıb. Qeyd edilib ki,  işğal altında olan torpaqlarımız  qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin  qanı və canı bahasına azad olunub. Sonda məktəblilərin ifasında şeir-kompozisiya səsləndirilib.

Keçidlər