Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon Ağsaqqallar Şurasının Konfransı keçirilmişdir

07 fevral 2013 | 16:00

Qəbələ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoymuşlar.
“Qafqaz Sport” oteldə davam etdirilən tədbirdə rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzədə qeyd olunmuşdur ki, rayon ağsaqqallar şurası ötən hesabat dövründə öz fəaliyyətini Azərbaycan Ağsaqqallar Şurasının Əsasnaməsi və Nizamnaməsinə uyğun olaraq qurmuş, dövlətimizin, hökumətimizin siyasətinin yaşlı nəsil arasında təbliğinə xüsusi diqqət yetirmişdir.
Şura üzvləri gənclərin Milli Orduya yola salınmasında iştirak etmiş, onlara Vətənə şərəfli xidmət etməyi tövsiyə etmiş, məsləhətlər və xeyir-dualar vermişlər.
Rayon Ağsaqqallar şurasının ərazilərdəki dayaq nöqtələri tərəfindən bir sıra dəyərli təşəbbüslərin qaldırıldığı, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığı vurğulanmışdır. Ağsaqqallar şurası tərəfindən rayonun ərazisində yaşayan tənha və imkansız qocalara maddi yardımlar göstərilmiş, mənəvi köməkliklər edilmişdir.
Ağsaqqalların qaldırdıqları məsələlərin, verdikləri məsləhət və tövsiyələrin rayon rəhbərliyi tərəfindən nəzərə alındığı, ağsaqqallar şurasının normal fəaliyyəti üçün onlara RİH tərəfindən hər cür şərait yaradıldığı diqqətə çatdırılmışdır.
Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon ağsaqqallar şurasının gördüyü işlərdən bəhs edərək, bir sıra dəyərli təkliflər səsləndirdilər.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ağsaqqallar şurasının rayonun ictimai-siyasi həyatındakı rolunun əhəmiyyətindən danışdı, gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi sahəsində gördükləri işlərdən bəhs etdi. Natiq zəngin həyat təcrübəsi olan hər bir ağsaqqalın ömür yolunun müasir gənclik üçün böyük bir örnək olduğunu vurğuladı.
Konfrans ağsaqqallar şurasının yeni tərkibini seçdi və Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndəsini müəyyənləşdirdi.
Yeni seçilmiş şuranın iclasında Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Fəttah Heydərov və Qəbələ Rayon Ağsaqqallar şurasıın sədri Nazim Mustafayev Azərbaycan Ağsaqqallar Şurasının Qurultayına nümayəndə seçilmişlər.
 

Keçidlər