Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

19 fevral 2013 | 16:00

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və tədbir iştirakçıları əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzmüşlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev 2012-ci ildə sosial-iqtsadi sahədə görüımüş işlər barədə ətraflı məruzə etmiş, bu gün tarixi adı özünə qaytarılmış Qəbələnin öz intibahına qovuşduğunu vurğulamışdır. Rayonun bütün sahələr üzrə iqtisadi göstəriciləri artan rəqəmlərlə əks olunduğu önə çəkilmiş, yaşayış məntəqələrinin nəhəng tikinti meydanına çevrildiyi qeyd olunmuşdur.
Məruzəçi hesabat ilində yeni-yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəni-maarif müəssisələrinin, körpülərin, yolların inşa olunduğunu bildirməklə, beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevrilmiş bu füsunkar bölgədə çoxlu sayda müasir turizm-istirahət komplekslərinin, əyləncə mərkəzlərinin tikildiyini və bütün bunların yeni iş yerlərinin açılmasına və adamların rifahının yaxşılaşdırılmasına xidmət göstərdiyini şərh etmişdir. Hazırda rayonun qəsəbələrinin və kəndlərinin mavi yanacaqla təchizatı istiqamətində işlərin sürətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də təhlil olunmuşdur.
Müzakirələr zamanı maliyyə idarəsinin rəisi Samid Ağayev, mərkəzi xəstəxananın baş həkimi Sabir Bayramov,mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, telekommunikasıya qovşağının baş mühəndisi Əfsər Məmmədov, qaz istismar idarəsinin rəisi Sübhi Bayramov çıxışlar etmişlər.
Yekunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və millət vəkili Fəttah Heydərov ölkədə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlərdən söz açıblar.
Qəbələ rayon ictimaiyyətinin nümayəndələri tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciəti RİH-nin sektor müdiri Varis Yaqubov yığıncağa təqdim etmişdir.

Keçidlər