Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ daha bir Azərbaycan çemipionatına ev sahibliyi etdi

10 fevral 2013 | 16:00

Qəbələ rayonu son 4-5 il ərzində diplomatik görüşlərin, beynəlxalq elmi konfransların, mədəniyyət və incəsənət tədbirlərinin, idman çempionatlarının mərkəzinə çevrilmişdir. Təkcə 2012-ci il ərzində Qəbələdə 15-dək qeyd etdiyimiz sahələr üzrə müxtəlif tədbirlər keçirilmişdir.
Belə tədbirlərdən biri Qəbələ Fitnes Sağlamlıq Mərkəzində keçirilmişdir. Qəbələ 2013-cü ilin ilk Azərbaycan çempionatına ev sahibliyi etmişdir. Bu çempionat ölkə üzrə keçirilən 5-ci  çempionat idi.
Azərbaycan Boulinq idman Federasiyasının baş katibi Şəhriyar ismayılovla müsahibəmiz zamanı qeyd etdi ki, idmanın bu növü üzrə Azərbaycan çempionatı çox da uzun bir tarixi dövrü əhatə etmir. 5 çempionatdan bu gün artıq 3-ü (2010, 2011, 2012-ci illərdə) Qəbələdə keçirilir. Qəbələ bütün sahələr üzrə sürətli inkişaf etdiyi kimi idman sahəsində də sürətlə inkişaf edir. Regionlarda idmanın bu sahəsi üçün Qəbələdə hər cür texniki imkanlara cavab verən bir salon yaradılmışdır. Bu salonda respublika çempionatlarının keçirilməsi üçün hər cür şərait vardır. Ona görə də 2010-cu ildən sonra ardıcıl olaraq 3 çempionatı Qəbələdə keçirməyi qərara aldıq.
Cempionatın keçirilməsinə bir il ərzində ciddi hazırlıq aparılmışdıfr. Qeyd edilən müddət ərzində bir çox təlim məşqləri aparılmış, federasiya üzvləri arasında seçim turları keçirilmiişdir. Nəhayət, «A» və «B» qrupları üzrə 18 nəfər federasiya üzvü çempionatda iştirak etmək hüququ qazanmışdır.
Qəbələ Fitnes-Sağlamlıq Mərkəzində başlanılan çempionatda idmançılar və çempionatın qonaqları, tamaşaçılar üçün hər cür şərait yaradılmışdır. Hər iki qrup üzrə yarışlar saat 18.00-a qədər davam etdi. Hər qrup üzrə fınala çıxan 6 nəfər idmançının gərgin mübarizəsi bir nesə saata başa çatdı. Nəhayət, «A» qrupu üzrə 2191 xalla Elxan Feyzullayev I yerə, 2142 xalla Ramil Həmidov II yerə, 2036 xalla Mounzer Barakat III yerə layyiq görüldülər. Qeyd edək ki, Elxan Feyzullayev bu yarışda ardıcıl olaraq üçqat Qəbələ çempionu oldu.
Gənclərdən ibarət «B» qrupu üzrə Nigar Korçiyeva I yeri, Elvin Şirinbəyli II yeri, Əli Əliyev isə III yerə layiq görülmüşlər.
Qaliblərə Boulinq Federasiyasının medalları və diplomları təqdim olundu. Mükafatları qaliblərə alqışlar altında təqdim olundu.
Sonda Ş. ismayılov çıxış edərək çempionatın uğurla başa çatması haqqında məlumat verdi və çempionatın Qəbələdə keçirilməsi üçün rayon rəhbərliyinə və Sağlamlıq Mərkəzinin kollektivinə federastiya adırndan minnətdarlığını ifadə etdi.

Keçidlər