Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən Beynəlxalq Qran-pri yarışlarında daha üç idmançımız medal qazanmışdır.

23 may 2015 | 15:00

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışları başa çatmışdır.
Dairəvi stend üzrə qadınlar arasında keçirilən yarışda Svetlana Demina (Rusiya) birinci, Alşamaa Eman (Küveyt) ikinci, Nurlana Cəfərova (Azərbaycan) üçüncü yeri tutmuşdur. Dairəvi stend üzrə gənclərin yarışında isə Niyaz Ağazadə İrakli Lomidzeni (Gürcüstan) və Əli Mustafayevi (Azərbaycan) geridə qoyaraq Qran-pri yarışlarının qalibi olmuşdur. Hər üç yeri tutan idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.
Qeyd edək ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan bu yarışda 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-yə yaxın idmançı iştirak etmişdir.

Keçidlər