Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soqırımına” həsr edilmiş xatirə turniri keçirilmişdir.

24 fevral 2013 | 16:00

Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş silsilə tədbirlər planına əsasən 23 fevral 2013-cü il tarixdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şahmat üzrə kişilər arasında xatirə turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir.
Turnir iştirakçıları ilk öncə Şahmat məktəbində Xocalı soyqırımına həsr edilmiş guşəyə baxmış, həqiqətlər və faktlarla tanış olmuş, şəhid olanların xatirəsini yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirdi. Bununla belə yarış iştirakçılarının nəzərinə çatdırıldı ki, xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Xatirə turnirində rayonun kənd, qəsəbə və müxtəlif kollektivlərindən olan 35-dək şahmatçılar gərgin oyun nümayiş etdirmişlər. Yarışın nəticəsinə əsasən FHN Mülkü Müdafiə alayının əsgəri Salmanlı Fariz Gündüz oğlu I yeri, Gilan Süd emalı zavodunun əməkdaşı Səfərov Eldar Saleh oğlu II yeri və Vəndam qəsəbə sakini Alməmmədov Araz Bağır oğlu III yeri  tutmuşlar.
Qaliblərə rayon Gənclər və İdaman İdarəsinin kubok və diplomları təqdim edilmişdir.

Keçidlər