Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir”

26 fevral 2013 | 16:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi” mövzusunda tədbir keçirilmişdir. İlk  öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru Eyvaz Kazımov çıxış edərək ermənilərin işğalçılıq siyasəti ,zaman-zaman azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktları barədə ətraflı məlumat vermişdir.
Sonra mərkəzin GÇH rəhbəri İlham Əfəndiyev “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki,1992- ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıçı alayının şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımızı,o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanı xüsusi amansızlıqla qətlə yetirmişlər. Tədris Mərkəzinin psixoloqu Vüsalə Aslanova öz çıxışında qeyd etdi ki, o zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilməmiş, faciənin əsl mahiyyətinə aydınlıq gətirilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidi və tələbi ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi kimi qanlı hadisələrin qarşısına sipər çəkilmidir .Ulu öndərimizin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilmiş, ümummilli liderin imzaladığı fərmana uyğun olaraq hər il fevralın 26 –sı Xocalı soyqırımı günü kimi qeyd olunur.V. Aslanova  onu da qeyd etdi ki, dünyaya demokratiya dərsi verən bir çox ölkələr Xocalı soyqırımına biganə qalırlar, amma bir gün bu səhvi başa düşəcəklər.
Mərkəzin fiziki tərtbiyə rəhbəri C.Babayev  Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün respublikamızda böyük işlər görüldüyünü, ölkəmizdə və xaricdə çoxlu tədbirlərin, anım mərasimlərinin, foto sərgilərin keçirildiyini vurğuladı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan xalqı belə hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır.Faciənin ideoloq-ları,təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdır.
İnanırıq ki , aparılan məqsədyönlü tədbirlər nəticəsində Xocalıda törədilmiş soyqırımı aktı beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcəkdir.
Mərkəzdə təhsil alan şagirdlərdən Cabbarov Həzi, Nazimli Sona, Ağadadaşov Xəyal, Yasinzadə Vüsalə tədbirdə iştirak edən gənclər adından bildirdilər ki, onlar da hər bir azərbaycanlı kimi bu soyqırımı hadisəsini pisləyir və Xocalı şəhidlərinin xatirəsini daim əziz tuturlar. Gənclər bildirdilər ki, biz Azərbaycan gəncləri vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyüyür, ölkəmizin inkişafında ,Azərbaycanın bütövlüyü uğrunda , işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında respublikamızın uğurlarının artırılmasında öz qüvvə və səylərimizi əsirgəməyəcəyik.

Keçidlər