Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında anım mərasimi keçirilmişdir.

27 fevral 2013 | 16:00

26 fevral 2013-cü il tarixdə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında anım mərasimi keçirilmişdir. Tədbirə Qəbələ rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, şəhid ailələri və ictimaiyyətin nümayəndələri dəvət edilmişlər.
Tədbiri giriş sözü ilə RİH başçısının birinci müavini Abil Ağasəfov açmış, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Əfəndiyevin “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda məruzəsi dinlənilmişdir.
Anım mərasimində Xocalı sakini Kamal Məmmədov, məcburi köçkünlərin Şuşa rayon üzrə nümayəndəsi Əhəd Həsənov, “Qəbələ”qəzetinin əməkdaşı Aslan Cəlilov çıxış etmiş və əmin olduqlarını bildirmişlər ki. dünya birliyinin, beynəlxalq təşkilatların səyi nəticəsində Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət veriləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar və məcburi köçkünlər öz döğma torpaqlarına qayıdacaqlar.

Keçidlər