Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş gənclər arasında voleybol idman növü üzrə “Zəfər kuboku” turniri keçirilmişdir

03 noyabr 2022 | 19:14

Qəbələ Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin təşkilatçılığı və rayon təhsil sektorunun iştirakı ilə 03 noyabr 2022-ci il tarixdə Qəbələ şəhər 5 saylı tam orta məktəbində “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş gənclər arasında voleybol idman növü üzrə “Zəfər kuboku” turniri keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Vətən müharibəsində canlarından keçərək “Zəfər günü”nün sevincini bizlərə bəxş etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək, həmçinin idmançılarda yarış təcrübəsini, ustalığı artırmaq, voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir. Turnirin açılış mərasimində öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışmış, “Zəfər günü” münasibətilə komandaları təbrik edərək, onlara uğurlar arzulamışdır. Yarışın nəticələrinə görə Qəbələ şəhər 1 saylı tam orta məktəbin  komandası I  yerə, şəhər 5 saylı tam orta məktəbin komandası II yerə, Zarağan kənd 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüş, qalib komandalara gənclər və idman idarəsinin təsis etdiyi kubok və diplomlar təqdim edilmişdir.

Keçidlər