Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam konserti təşkil olunmuşdur.

12 mart 2013 | 16:00

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam konserti təşkil olunmuşdur.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Qəbələ rayonunda təşkil edilən muğam konsertinin açılış mərasimi keçirilmişdir.
“Qafqaz Sport” hoteldə rayon mədəniyyət evinin, uşaq və incəsənət məktəbinin müəllim və şagir heyətinin,  muğamsevərin,  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, rayon Mədəniyyət şöbəsinin müdiri Nargilə Qafarova çıxış edərək ölkəmizdə milli mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən, Azərbaycan muğamlarının inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən söz açmışlar.
Sonra rayonun xanəndələri Natiq Cəfərov “Simayi Şəms”, Asim Əliyev “Sekah zabul”, Hacıbaba Abdurrahmanov “Arazbari”, Ceyhun Mehdiyev “Heyratı” muğamını ifa etmişdir. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət etmişdir. İki saat davam edən konsertdə hər bir xanəndənin ifası alqışlarla qarşılanmışdır. Konsertin sonunda tamaşaçılar bu tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər