Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Qəbələdə “Ustaddan şagirdə” adlı muğam məclisi təşkil edilmişdir.

16 mart 2013 | 16:00

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən tədbirlər uğurla davam edir. Festival çərçivəsində Qəbələ şəhərində növbəti konsert olmuşdur. Şəhər 2 saylı tam orta məktəbdə keçirilən “Ustaddan şagirdə” adlı muğam məclisində çıxış edənlər bu tədbirin əhəmiyyətindən danışmışlar. “Ustaddan şagirdə” muğam məclisini festival çərçivəsində reallaşan bir yenilik kimi dəyərləndirən natiqlər yeniyetmə və gənc muğam ifaçılarını təbrik etmiş və onlara maddi–mənəvi irsimiz olan muğamın öyrənilməsində, təbliğində başladıqları bu yolda uğurlar arzulamışlar.
“Ustaddan şagirdə” muğam məclisində Qəbələ rayon uşaq incəsənət məktəbində təhsil alan şagirdlər iştirak etmişlər. Tədbirdə Xalq Artisti Zabit Nəbizadə, eləcə də rayonun xanəndələri Natiq Cəfərov, Hacıbaba Abdurrahmanov, Ceyhun Mehdiyev şagirdlərə ustad dərsləri keçmişlər. Müəllimlər şagirdləri ilə birgə “Şur”, “Şimayi şəms”, "Güllü qafiyə”, “Qarabağ şikəstəsi”ni ifa etmişlər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət etmişlər.
Şagirdlər gözəl ifaları ilə sanki öz ustadları qarşısında hesabat vermişlər. Tanınmış xanəndələrin və balaca muğam ifaçılarının çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Keçidlər