Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“9 Noyabr- Dövlət Bayrağı Günü”nə həsr edilmiş yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilmişdir

09 noyabr 2022 | 17:59

Qəbələ Rayon Gənclər və İdman İdarəsi və Qəbələ Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 09 noyabr 2022-ci il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbdə “Dövlət Bayrağı Günü”nə həsr edilmiş yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirilmişdir. Turnirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarış iştirakçılarını salamlamış, onları “9 Noyabr- Dövlət Bayrağı Günü” münasibətilə təbrik edərək turnirin keçirilməsinin məqsədi barədə məlumat vermişdir. Turnirdə rayonun ümumtəhsil məktəblərindən  8-10-12-14 və 16 yaş qruplarında olan yenuiyetmə şahmatçılar üzrə gərgin oyun nümayiş etdirmişlər. Yekun nəticəyə görə hər yaş qrupunda qızlar və oğlanlar arasında I, II və III yeri tutan qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir. 

Keçidlər