Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir

17 mart 2013 | 16:00

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, ordu sıralarına hazırlanmasında  mühüm rol oynayan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  Qəbələ şəhər 2 saylı tam orta məktəbdə keçirilmişdir.
Yarışın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək gənc şahinləri salamlamış və “Şahin” hərbi - idman oyununun keçirilməsində məqsədin məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu bildirdi. Daha sonra rayon Təhsil şöbəsinin metodisti İbrahim Faxulov çıxış edərək bildirdi ki, “Şahin” hərbi–idman oyunu üzrə məktəbdaxili seçmə yarışlar artıq yekunlanmışdır, bu gün oyunların ikinci mərhələsi olan rayon birinciliyi yarışıdır və hər bir komandaya bu mərhələdə uğurlar arzulayıram.
Rayonun tam orta məktəblərinin X-XI sinif şagirdlərinin iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirilmiş, daha sonra komandalar estafet mərhələsində mübarizələrini davam etdirmişlər.Yarışın yekun nəticəsinə əsasən Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri, şəhər 1 saylı tam orta məktəbin komandası II yeri və Soltannuxa kənd tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalara Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər