Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin Müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi

07 aprel 2013 | 15:00

Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə XI sinif şagirdləri arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi yarışı keçrmişdir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq və rayon çempionunu aşkar etməkdən ibarətdir.
Tədbirin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışaraq yarışın məqsəd və vəzifələri barədə məlumat vermiş və komandalara uğurlar arzulamışdır.
Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə keçirilən yarışda rayonun tam orta məktəblərinin 12 komandası iştirak etmişdir. Komandanın tərkibi 5 idmançı və 1 məşqçidən ibarət olmaqla yarışın yekununa əsasən ən çox xal toplamış komanda qalib hesab edilir.
Rayon birinciliyində  Əmirvan kənd tam orta məktəbin komandası I yeri, Soltannuxa kənd tam orta məktəbin komandası II yeri və Qəmərvan kənd tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib  komandalara Gənclər və İdman idarəsinin  diplomları təqdim edilmişdir.

Keçidlər