Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

AMEA-nın Coğrafiya İnstitutunun kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olmuşlar

13 iyun 2022 | 15:14

AMEA-nın  Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu və Qəbələ Arxeoloji Mərkəzi ziyarət ediblər. Arxeoloji Mərkəzdə keçirilən tədbirdə çıxış edən qoruğun direktoru Zahir Kərimov Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılmış Qəbələ Arxeoloji Ekspedisiyası üzvlərinin iştirakı ilə burada aparılan arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar haqqında ətraflı məlumat vermiş, Coğrafiya İnstitutu ilə qarşılıqlı əməkdaşlıq və informasiya mübadiləsinin aparılmasını təklif etmişdir. Tədbirdə çıxış edənlər qədim Qəbələ şəhərinin tarix, arxeologiya ilə yanaşı, coğrafiya və geologiya elm sahələrinə də töhfələr verdiyini vurğulamışlar. Sonda institut əməkdaşları Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları ilə tanış olaraq, xatirə kitabına ürək sözlərini yazmış və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisini  gəzmişlər.

Keçidlər