Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində tədbir keçirilib.

07 mart 2023 | 17:56

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən Müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi məqsədilə “Arıçılığın inkişafı mərkəzi”nin yaradılması layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kənd Təsərrüfatı Nazirliyinin regional qurumlarının nümayəndələri, arıçılar, gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəallar iştirak edib. Layihə rəhbəri Anar Məhərrəmov layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verilərək qeyd etmişdir ki, bu layihə regionda yeni arıçıların formalaşmasına, kənd təsərrüfatının, arıçılığın və kənd turizminin inkişafına töhvə verəcəkdir. Azərbaycan Arıçılar Assosiasiyasının Qəbələ şöbəsinin rəhbəri Anar Məmmədov çıxışında gənc arıçılar üçün yaradılan geniş imkanlardan danışmış, son illər kənd turizminin inkişafı ilə arıçılığın əhəmiyyətinin daha da artdığını bildirmişdir. Sonda layihənin təlimçisi Səbuhi Nəbiyev arıçılıq, arıçılığın tarixi, respublikamızda arıçılığın inkişafı barədə məlumat verərək, mərkəzin işinə uğurlar arzulamışdır.

Keçidlər