Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi - Mübariz İbrahimov" adlı tədbir keçirilib

08 fevral 2023 | 10:02

07 fevral  2023-cü il tarixində Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar "Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi - Mübariz İbrahimov" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Azərbaycan Ordusunun fədakar hərbi qulluqçusu Mübariz İbrahimovun həyat və döyüş yolu haqqında geniş məlumat vermiş, onun ölkəmizdə eləcə  də vətənimizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevrilməsi , döyüş meydanında təkbaşına düşmənin xeyli sayda canlı  qüvvəsini məhv edərək şərəfli tarix yazdığını vurğulamışdır.  Tədbirdə çıxış edən gənclər vətənə xidmətləri  ilə böyük qürur hissi duyduqlarını,44 gün ərzində  Mübariz İbrahimov, eləcə də bütün şəhidlərimizin qisasının alındğını, dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətdən söz açmış,hər an Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazır olduqlarını bildirmişlər. Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləmişlər.

 

Keçidlər