Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Bəşər tarixində izi qalan Xocalı qətliamı” adlı tədbir keçirilib

24 fevral 2023 | 17:17

24 fevral 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 26 fevral-Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar keçirilən “Bəşər tarixində izi qalan Xocalı qətliamı” adlı tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev Xocalı faciəsinin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti olduğunu qeyd etmişdir. Tədbirdə çıxış edənlər zaman-zaman erməni daşnaqları tərəfindən xalqımıza qarşı törədilən faciələrlə bağlı məlumat vermiş, Xocalı faciəsinin bütün dünyada tanınması üçün ümumilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışmışlar.

Keçidlər