Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Biz sülh istəyirik” adlı tədbir keçirilib

20 sentyabr 2022 | 16:42

20.09.2022-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq  sülh aylığı” çərçivəsində ”Biz sülh istəyirik” adlı tədbir  keçirilib. Şəhid ailələri, mərkəzin könüllüləri və məktəblilərin iştirak etdiyi tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə 21 sentyabr Beynəlxalq Sülh Gününün tarixi və mahiyyəti haqqında ətraflı məlumat verilib. Çıxış edənlər vətən uğrunda gözlərini qırpmadan  canından keçən, ölümün gözünə dik baxan oğullarımızın qəhrəmanlıqlarından və xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək düşmənə qarşı mətanətlə mübarizə aparmasından söz açmışlar. Tədbir  zamanı uşaqlar “Dünyanı necə görmək istəyirik” mövzusunda rəsmlər çəkiblər. Sonda mərkəzin əməkdaşları şəhid Eyyubov Sərvan Yusif oğlunun ailəsini ziyarət edib.

Keçidlər