Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Danışan ilmələr" adlı tədbir keçirilib

16 fevral 2023 | 12:05

15 fevral 2023-cü il tarixində Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Danışan ilmələr" adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalq sənəti olan qədim tarixə malik, zəngin irsi özündə əks etdirən xalçaçılıq haqqında geniş məlumatların gənclərə çatdırılmasıdır. Muzeyin əməkdaşları tərəfindən Azərbaycan xalçalarının qədim tarixi, bədii xüsusiyyəti, inkişaf dövrü, dövlət tərəfindən "Azərxalça" İstehsalat Birliyinin yaradılması və fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan xalçalarının dünya mədəniyyətinə  təsiri, xarici ölkələrdə Azərbaycan xalçalarına böyük marağın olması və qədim xalq sənətinin nümunələrinin dünya muzeylərində sərgilənməsi barədə ətraflı məlumat verilmiş, Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda mühafizə edilən xalça məmulatlarından ibarət tanıtım xarakterli videomateriala baxış keçirilmişdir. Sonda tədbir iştirakçıları Peşə Təhsil Mərkəzinin xalçaçılıq bölməsində təhsil alan tələbələrin  əl işlərindən ibarət sərgi  və iş metodu ilə tanış olmuşlar.

Keçidlər