Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN-in təşkil etdiyi "Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika yarışlarına start verilmişdir

25 iyun 2022 | 12:34

25 iyun 2022-ci il tarixində Qəbələ şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,   Gənclər və İdman nazirliklərinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika yarışlarının final mərhələsinin açılış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini və oradan yürüş edərək şəhidlər xiyabanı kompleksini ziyarət etmiş,  önünə gül dəstələri düzərək dahi şəxsiyyətin və şəhidlərin əziz xatirəsinə öz ehtramlarını bildirmişlər. Tədbirdə çıxış edənlər bu səpgidə keçirilən tədbirlərin məktəblilərdə sağlam həyatın təbliğində və hərbi-vətənpərvərlik ruhunun aşılanmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişlər. Vətən müharibəsi şəhidlərinin övladlarının da iştirak etdiyi yarışlar 3 iyul 2022-ci il tarixədək davam edəcək. Zona  yarışlarında qalib gəlmiş komandalar ümumrespublika birincisi adı uğrunda güclərini sınayacaqlar.

Keçidlər