Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika birinciliyinin final mərhələsinə yekun vurulmuşdur

29 iyun 2022 | 18:35

29 iyun 2022-ci il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,   Gənclər və İdman nazirliklərinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi, respublikamızın şəhər və rayonlarında keçirilən zona yarışlarında qalib gəlmiş 14 xilasedici və yanğınsöndürən komandasının və həmçinin 60 nəfər şəhid övladının iştirakı ilə təşkil edilən "Gənc xilasedici və yanğınsöndürən" IX Ümumrespublika birinciliyinin final mərhələsinin yekun mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Təhsil,   Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilmişdir. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Təhsil Nazirliyinin nümayəndəsi Maral Süleymanova, Gənclər və İdman nazirliyinin nümayəndəsi Əli Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə gəncliyin inkişafı ilə əlaqədar mühüm qərarların qəbul olunmasının böyük əhəmiyyətə malik olduğunu vurğulamış,  yarışın əhəmiyyətindən danışaraq qalib komandaları təbrik etmiş, yarış iştirakçılarına yeni uğurlar arzulamışlar.Bədii hissə ilə davam edən tədbirin yekununda qalib komandalara kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunmuşdur. Ümumrespublika birinciliyində birinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin, ikinci yerə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin, üçüncü yerə isə Gəncə şəhər 14 nömrəli tam orta məktəbin komandaları layiq görülmüşdür.

 

Keçidlər