Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

13 may 2022 | 19:18

13 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi rayonların ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə birinciliyin keçirilməsində əsas məqsəd şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və sağlam həyat tərzinin aşılanmasından ibarətdir. mİştirakçılar əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə öz ehtiramlarını bildirmişlər. Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışlar. “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət yarışların yekununa əsasən, Qəbələ rayon H.Rəşidov adına Vəndam qəsəbə 2 saylı tam orta məktəb I yeri, İsmayıllı şəhər N.Behdiyev adına 6 saylı tam orta məktəb II yeri, Qobustan rayon R. Babaşov adına Cəmcəmli kənd tam orta məktəb isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub. Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Keçidlər