Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilmişdir

27 aprel 2023 | 18:45

27 aprel 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfransda ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini qeyd etmiş, dahi rəhbərin dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi yaratdığını, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən irs, siyasi məktəb miras qoyduğunu bildirmiş, Ümummilli liderin ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olduğundan bəhs etmişdir. Konfransda çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 34 ilin milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunduğundan, bu dövrün həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü olduğundan danışmışlar. Sonda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər