Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev İli” çərçivəsində Qəbələdə voleybol üzrə rayon turniri keçirilib

05 may 2023 | 15:38

05 may 2023-cü il tarixdə Qəbələ Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin dəstəyi və rayon Təhsil Sektorunun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənclər arasında voleybol üzrə şəhər 5 saylı tam orta məktəbin idman zalında rayon turniri keçirilmişdir. Turnirin açılış mərasimində çıxış edənlər yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet qollarından birinə çevrilməsindən və bu ənənənn ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar. Turnirin yekun nəticəsinə əsasən Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, şəhər 5 saylı tam orta məktəbin komandası II yeri və Zarağan kənd 2 saylı tam orta məktıbin komandası III yeri tutmuşlar. Qaliblərə təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlar təqdim edilmişdir.

Keçidlər