Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda seminar keçirilmişdir

02 fevral 2023 | 17:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yerli struktur bölməsi ilə birgə 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi və 02 fevral Gənclər Günü münasibəti ilə “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda seminar keçirilmişdir. Seminarın keçirilməsində əsas məqsəd gənclərlə vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin, həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsi, vətənpərvərlik təbliğinin davamlılığının təmin olunması, gənclərdə fəal vətəndaş mövqeyinin, vətənə və dövlətə sədaqət hissinin formalaşdırılmasından ibarətdir. Sonda rayonun üç təhsil müəssisəsinə “Gənc Şahinlər” hərbi idman oyunlarında, bir qrup gəncə isə rayonun ictimai-siyasi həyatında, idmanda, təhsildə fərqləndiklərinə görə Fəxri fərmanlar təqdim edilmişdir.

Keçidlər