Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

09 iyun 2022 | 10:58

08.06.2022-ci il tarixində Qəbələ RİH-nin, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin  təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən “İnsan alverinə qarşı mübarizə“ mövzusunda tədbir keçirilmişdir. Qəbələ RİH-nin, RPŞ-nin, Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Qəbələ Asan Xidmət Mərkəzinin, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Qəbələ rayon şöbəsinin əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Məkəzinin tələbələri, ümumtəhsil  məktəblərinin psixoloqlarının iştirak etdiyi tədbirdə ümumbəşəri problem olan  insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə  işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının  əhəmiyyətindən danışılıb. Çıxış edənlər gənclərimizi  hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıblar. Tədbir qarşılıqlı müzakirə şəkilində davam edib. Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Keçidlər