Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karyera qurmaq bacarıqları aşılamaq məqsədilə gənclərə təlim keçirilmişdir

10 oktyabr 2022 | 18:53

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yanında “Karyera Mərkəzi” arasında əməkdaşlıq çərçivəsində gənclərə ilk təlim keçirilib. Hər iki qurumun nümayəndələri tərəfindən gənclərə “Əsas Həyat Bacarıqları” təlim proqramı üzrə “Zamanın düzgün şəkildə gündəlik və ya uzunmüddətli fəaliyyətlər üzrə bölünməsi və idarə olunması”, “Region gənclərinə gələcək karyeralarında qısa və uzunmüddətli planların tərtibi”, “Məqsəd və hədəflərin müəyyənləşdirilməsi” mövzusunda təlimlər keçirilib. Əməkdaşlıq çərçivəsində növbəti günlərdə də hazırlanmış proqram əsasında silsilə təlim və layihələr həyata keçiriləcəkdir.

Keçidlər