Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koreya-Azərbaycan III Humanitar Forumun iştirakçıları Qəbələdə

08 iyul 2022 | 12:10

Koreya-Azərbaycan III Humanitar Forumun iştirakçıları Qəbələ rayonuna səfər zamanı 06.07.2022-ci il tarixdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzi ilə yaxından tanış olmuşlar. Qoruğun arxeoloji ərazilərinə baxış zamanı qonaqlara Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Seul Milli Universitetinin professoru Kim Jongil tərəfindən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı, maliyyə dəstəyi ilə yaradılmış Azərbaycanlı və Koreyalı arxeoloqlardan ibarət Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvlərinin iştirakı ilə burada aparılmış arxeoloji qazıntılar və aşkar olunan tarixi tapıntılar haqqında geniş məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları ilə tanışlıq zamanı qonaqlara Arxeoloji Mərkəzin yaradılmasında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən görülmüş işlər, eləcə də burada sərgilənən arxeoloji eksponatlar barədə ətraflı məlumat verilmişdir. Sonda Arxeoloji Mərkəzin akt zalında “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filminə baxış keçirilmişdir.

Keçidlər