Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb

22 iyul 2022 | 08:42

21.07.2022-ci il tarixdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb. Öncə mədəniyyət naziri Anar Kərimov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.  Nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb, qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Keçidlər