Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Milli adət - ənənələr və Novruz bayramı" adlı tədbir keçirilib

17 mart 2023 | 14:16

Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində "Milli adət - ənənələr  və Novruz bayramı" adlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev  iştirakçıları bayram münasibətilə təbrik etmiş, Novruz bayramının Azərbaycan Respublikasının I vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, bu bayramın xalqımızın adət-ənənələrini özündə əks etdirdiyini qeyd etmişdir. Tədbir çərçivəsində gənc nəslin mənəviyyatca zəngin yetişdirilməsi, onlarda milli-mənəvi dəyərlərə hörmət və sevgi hissini aşılamaq məqsədilə muzeyin fondunda mühafizə olunan etnoqrafik materiallardan ibarət sərgi  təşkil edilmişdir. Kosa ilə Keçəlin məzhəkəsi, Bahar qızın xoş təbrikləri tədbiri daha da rövnəqləndirmişdir.

Keçidlər