Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mübariz publisistin ömür yolu” adlı tədbir keçirilib

22 dekabr 2022 | 14:23

Görkəmli ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş “Mübariz publisistin ömür yolu” adlı tədbir keçirilib. Qəbələ Dövlət Rəsm Qalereyasının və Qəbələ rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından olan Ö.F.Nemanzadənin Azərbaycanda milli mətbuatında, ictimai fikrin inkişafında böyük xidmətləri olduğunu, “Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası”, “Molla Nəsrəddin” jurnalı və Nemanzadə ideyaları”  mövzularında ətraflı məluatlar veriblər. Sonda Ömər Faiq Nemanzadənin həyat və fəaliyyəti barədə hazırlanmış videoçarx nümayiş olunub.

Keçidlər