Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Hacıalılı kəndində keçirilmişdir

20 iyul 2022 | 19:18

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin  növbəti səyyar qəbulu Hacıalılı kənd sakinləri ilə keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Çıxış edən kənd sakinləri  son illər rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən Hacıalılı kəndinin də kənarda qalmadığını qeyd etmiş, ərazidə olan sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. RİH başçısı tərəfindən sakinlərin qaldırıldığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər