Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Növbəti səyyar qəbul rayonun Xırxatala kəndində keçirilmişdir

14 iyun 2022 | 19:51

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əhali ilə növbəti səyyar qəbulu Xırxatala kəndində keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq-abadlıq işləri, həyata keçirilən sosialyönümlü islahatlar, iqtisadi sahədə əldə olunan uğurlar barədə məlumat vermişdir. Ölkədə gedən geniş quruculuq işlərinin əyani nümunəsini Qəbələnin, o cümlədən Xırxatala kəndinin timsalında görməyin mümkün olduğunu vurğulamışdır. Qəbulda çıxış edən kənd sakinləri rayonda görülmüş böyük quruculuq işlərinə, və son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğının artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Qəbulda iştirak edən kənd sakinlərinin təklif və müraciətlərinin bir qismi yerindəcə həll olunmuş, digərləri barədə qanunamüvafiq qaydada tədbir görülməsi üçün aidiyyatı təşkilatlara tapşırıqlar verilmişdir.

Keçidlər