Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Qarabağın incisi Şuşa" adlı tədbir keçirilib.

08 oktyabr 2022 | 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022 - ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Qəbələdə fəaliyyət göstərən  Şuşa rayon ümumi orta məktəbdə "Qarabağın incisi Şuşa" adlı tədbirdə öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Bəxtiyar Vəliyev açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun hünər və rəşadəti ilə 44 günlük müharibədə əldə olunan Zəfərimizdən bəhs etmişdir. Çıxış edənlər Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlıqlarından, Şuşanın işğaldan azad edilməsi, xalq hakimiyyət birliyinin uğurumuza böyük təsirindən danışmış, Tarix-Diyarşünaslıq muzeyinin fondunda mühafizə olunan eksponatların tarixi haqqında məlumat vermişlər.  Sonda şagirdlərə muzeyin bukletləri paylanılmışdır.

Keçidlər