Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir

14 mart 2023 | 16:23

14 mart 2023-cü il tarixində Qəbələ Rayon İcra Hakimiyyətində 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir. İclasda şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ötən ilin sosial-iqtisadi yekunları və 2023-cü ildə qarşıda duran məsələlər barədə məlumat vermişdir. İclasda həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinin, eləcə də müharibə iştirakçıları və qazilərin evlərində ziyarət olunması, onlarla görüşlərin keçirilməsi və onları narahat edən problemlərin həlli istiqamətində görülmüş işlər təhlil edilmiş, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Keçidlər