Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon İncəsənət Məktəbinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat xarakterli konserti keçirilmişdir

20 may 2023 | 11:54

19 may 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində rayon incəsənət məktəbinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş hesabat xarakterli konserti keçirilmişdir. Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Ümummilli Liderin həyat yolunu əks etdirən video-çarxa baxış keçirilmişdir. Valideyinlərin də iştirak etdiyi hesabat konsertində məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir.

Keçidlər