Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon məktəbəqədər təhsil müəsissələri tərəfindən “Sən elə bir zirvəsən “ adlı tədbir keçirilmişdir

08 may 2023 | 14:07

“Heydər Əliyev İli” çərçivəsində Qəbələ rayon məktəbəqədər təhsil müəsissələrinin birgə  təşkilatçılığı ilə  Azərbaycan xalqının Ümummilli Lideri,  görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  anadan olmasının 100 illiyi ilə bağlı  “Sən elə bir zirvəsən “ adlı tədbir keçirilmişdir. Rayon Təhsil sektorunun,  gənclər və idman idarəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilmiş, Ulu Öndərin və Vətən  uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, dövlət tərəfindən  təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışmışlar. Tədbirdə  balaca fidanlar Ulu Öndərə  və Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr olunmuş şeirlər söyləmiş, mahnılar, ədəbi-bədii kompozisiyalar ifa etmişlər. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Keçidlər