Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ “Heydər Əliyev İli” çərçivəsində “Əsrə bərabər ömür” adlı tədbir keçirmişdir

11 may 2023 | 09:56

Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ-in təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Əsrə bərabər ömür” adlı tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ RMXPHŞ-in direktoru Ceyhun Əhmədov çıxış edərək müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz xidmətləri qeyd etmiş, dahi rəhbərin gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi yaratdığını, Ümummilli Lİderin səhiyyədə quruculuğun, davamlı inkişafın və islahatların banisi olduğunu bildirmişdir. Sonda “Əsrə bərabər ömür” adlı videoçarx nümayiş olunmuşdur.

Keçidlər